Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının vaxtını açıqlayıb.
TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, ilk imtahan III ixtisas qrupu üzrə keçiriləcək və iyulun 14-nə nəzərdə tutulub.II qrup üzrə imtahanlar avqustun 3-də, I qrup üzrə iyulun 21-də, IV qrup üzrə isə iyulun 28-də keçiriləcək.
Onun sözlərinə görə, bu, hələlik layihə şəklindədir. Hava şəraiti və ya digər səbəblərdən imtahan tarixində dəyişiklik ola bilər.
“Bu il hər qrupda iki fənn üzrə 25 test sualından beşi açıq tipli olacaq. I rupda riyaziyyat və fizika , II qrupda riyaziyyat və coğrafiya, III qrupda riyaziyyat və tarix, IV qrupda riyaziyyat və kimya fənləri üzrə açıq suallar nəzərdə tutulur”,- deyə M.Abbaszadə qedy edib.
O həmçinin, qedy edib ki, əgər kimsə TQDK ilə test suallarının səviyyəsini müzakirə etmək istəyirsə, bunu yaxşı olar ki, imtahanlardan sonra deyil, indi etsin.