Milli Məclisin plenar iclasında parlamentarilər bu günlərdə dövlət başçısının vəzifə səalhiyyətlərini aşan bir sıra məmurlara qarşı ünvanlanan tənqidi fikirlərini dəstəkləyiblər.
Deputat Zahid Oruc vəzifəsini yerinə yetirə bilməyən və vəzifə salahiyyətlərindən sui-istifadə edən məmurlara istefaya çıxmağı məsləhət görüb.
“Bununla bağlı iki nümunə göstərmək istəyirəm. Almaniyada bu ölkənin təhsil nazirinin öz diplom işində plagiatdan istifadə etməsi barədə qalmaqal yaranarkən, o öz dövlətinin maraqları naminə istefaya getdi.Bu yaxınlarda Roma Papası XVI Bendikt də istefaya getmək niyyətini açıqladı, o bunu yaşı ilə əlaqələndirərək bildirdi ki, səhhətində müəyyən problemlərlə əlaqədar duaların düzgün tələffüz edilməsində çətinlik çəkir və o Tanrını bununla təhqir etmək istəmir”,- deyə parlamentari qedy edib.
Z.Orucun sözlərinə görə, öz vəzifə səalhiyyətlərinin öhdəsindən gələ bilməyən məmurlar , dövlətin yürütdüyü siyasətə mane olmamaq üçün tutduqları postdan getməlidirlər.
Deputat Fəzail Ağamalı öz növbəsində həmkarlarını məmurların xoşakgəlməz hərəkətlərinə qarşı münasibət bildirməyə çağırıb. “Biz bu məsələdə sərt mövqe tutmalı, məmur özbaşınalığının qarşısını almalıyıq.Biz ölkə prezidenti ilə həmrəyik-öz vəzifə borcunu yerinə yetirə bilməyən məmurlar tutduqları vəzifədən azad edilməlidirlər”,- deyə o vurğulayıb.
“Vəzifəli şəxslərin sıravi fətəndaşlara qarşı kobud münasibəti tez- tez böyük problemlərə gətirib çıxarır.Deputatlar dəfələrlə müxtəlif məsələlər üzrə məhkəmə və müxtəlif orqanlara müraciət edirlər, lakin bu müraciətlərə cavab verilmir”,- deyə deputat Sabir Rüstəmxanlı bildirib.
Digər deputatlar da dövlət başçısının bəzi vəzifəli şəxslərin qeyri- qanuni hərəkətlərini tənqid edən çıxışını dəstəkləyiblər.
Xəbər verildiyi “İsmayıllı şəhərində fəaliyyət göstərən “Çıraq” otelinin müdiri, Bakı şəhər sakini Şəmsəddinov Emil Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi minik maşını ilə yanvarın 23-də axşam saat 21:30 radələrində İsmayıllı şəhərinin Nizami küçəsi ilə hərəkətdə olarkən qəza törədib. Emil Şəmsəddinov avtomobilini əvvəlcə yolun kənarındakı səkiyə, sonra isə işıq dirəyinə çırpıb. Baş verən hadisə zamanı xəsarət alan olmasa da sürücü Emil Şəmsəddinov və onun avtomobilindəki dostu, Bakı şəhər sakini Elməddin Məmmədovla ilə birgə maşından düşərək yolun kənarında dayanmış “VAZ 21074” markalı minik avtomobilinin sürücüsü Ramil Bəkirovu döyüblər.Əraziyə xeyli sayda adam toplaşıb və etirazlarını bildiriblər. Emil Şəmsəddinov orada toplaşan 200-ə yaxın İsmayıllı sakinini nalayiq söyüşlərlə təhqir edib və bu insidentin böyüməsinə səbəb olub. Qısa vaxt ərzində xeyli sayda rayon sakini əraziyə toplaşaraq sahibkar Emil Şəmsəddinovun müdir işlədiyi “Çıraq” otelinə tərəf hərəkət edərək obyekti və onun həyətindəki üç avtomobili yandırıblar.
“Sonra destruktiv qüvvələrin təhriki ilə iğtişaş iştirakçıları İsmayıllı rayon İcra Hakimiyyəti başçısının oğlunun evinə basqın edib, evi yandırmağa cəhd göstəriblər. Rayon Polis bölməsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində münaqişəni yatırtmaq mümkün olub.İcra hakimiyyəti başçısının oğlunun evinin həyətində duran bir avtomobil yandırılıb.İnsident nəticəsində dörd nəfər , o cümlədən 3 polis əməkdaşı yaralanıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı şəhərində kütləvi iğtişaşla nəticələnmiş insident faktı üzrə cinayət işi qaldırıb İnsidentin səbəbkarları E.Şəmsəddinov və E.Məmmədov , eləcə də iğtişaşlarda fəal iştirak etmiş bir neçə nəfər saxlanılıb.