Fevralın 19-da Bakıda Azərbaycan və Avropa Birliyi (AB) arasında energetika, nəqliyyat və ətraf mühit sahəsində alt komitənin imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında ikitərfli saziş çərçivəsində iclası keçiriləcək. Bu barədə AB-nin nümayəndə heyətinin məlumatında bildirilir.
“Görüş zamanı energetika, nəqliyyat dəhlizləri və ətraf mühit kimi əsas əməkdaşlıq istiqamətləıri müzakirə olunacaq. Öncə ölduğu kimi əminəm ki, görüş səmərəli olacaq və ümumi siyasi və iqtisadi gündəliyimizə töhfə verəcək, o cümlədən AB ilə Azərbaycanı daha da yaxınlaşdıracaq”, - deyə məlumatda AB-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Roland Kobianın sözlərindən sitat gətirilir.
Altkomitələr institutu Bakı və Brüssel arasında daimi dialoqun dəstəklənməsi üçün yaradılıb. Qeyd olunan komitənin son iclası 2012-ci il fevralın 17-də Brüsseldə keçirilib.