Cənubi Qafqazda sülh və sabitliyin bərpası Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasında asılıdır.
Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov cümə günü İtaliyanın xarici işlər nazirinin müavini Martu Dassunu qəbul edərkən belə söyləyib
XİN mətbuat xidmətinin məlumatına əsasən, nazir görüşdə münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyətinin aktivləşdirilməsinin zəruriliyini qeyd edib.
E. Məmmədyarov həmçinin, söyləyib ki, Azərbaycan və İtaliya əlaqələrinin genişlənməsi üçün müxtəlif sahələrdə, xüsusən energetika sektorunda yaxşı perspektivlər mövcuddur.
İtaliyalı diplomat öz növbəsində bildirib ki, onun ölkəsi Azərbaycanla hərtərəfli münasibətlərin genişlənməsində maraqlıdır.O Avropanın energji təhlükəsizliyinin təminində Azərbaycanın vacib rolunu xüsusilə vurğulayıb.