Milli Məclisin deputatları cümə günü Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankına üzvlüyü barədə qərarı ratifikasiya ediblər.
2012-ci il sentyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) İnkişaf və Ticarət Bankının (ECOBANK) prezidenti Hüseyn Qəzavinin səfəri çərçivəsində ölkənin bankən üzvlüyünə daxil olması haqqında Nizamnamənin imzalanma mərasimi keçirilib. Azərbaycan üç faizli iştirak payı ilə bankın səhmdarlarının tərkibinə daxildir.
İqtisadi Əməkdaşlıq Təşkilatının İnkişaf və Ticarət Bankı 2005-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən təsis edilib.