2013-cü ilin yanvar ayında Azərbaycanda ÜDM-in nominal həcmi 4 mlrd. 474,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin saytında yerləşdirilmiş məlumatda qeyd edilir.
Bununla yanaşı, yanvar ayında qeyri-neft sektorunda ÜDM 2 mlrd. 219,2 manatadək artıb. ÜDM-in ümumi həcmində onun xüsusi çəkisi 49,6%-dir. Hesabat ayında qeyri-neft sektorunda artım 8,8% təşkil edib.
Yanvarda neft sektorunda ÜDM 2,1% azalıb.
DSK-nın məlumatına görə, ÜDM-in 62,2%-i sənaye sahələrin, 29,5% xidmət, 8,3% vergilərin payına düşüb.
Yanvarda Azərbaycanda ÜDM-in hər nəfərə həcmi 484,2 manat ($616,9) təşkil edib, bu isə ötən iklin yanvar ayının göstəricisindən 1,5% çoxdur .
2013-cü ilə Azərbaycan hökuməti ÜDM artımını 5,3% səviyyəsində proqnozlaşdırır.
2012-ci ildə Azərbaycanda ÜDM 2,2% artıb.