“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Böyük Kəsik dəmir yolu üçün rabitə sistemləri və digər əlaqələndirici komponentlər daxil olmaqla layihələndirmə, işarəvermə sisteminin gətirilməsi və quraşdırılması üçün podratçı seçir.
Tender “Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsi çərçivəsində keçirilir.
Müqavilənin icra edilməsi müddəti – 48 aydır.
Tenderdə iştirakın qiyməti - 160 manatdır ($200).
Ərizələr aprelin 19-dək qəbul edilir.
Seçim “Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsini maliyyələşdirən Dünya Bankının prosedurları əsasında həyata keçiriləcək.
Layihənin ümumi dəyəri $795 mln. təşkil edir ki, bunun $450 mln. məbləğini Dünya Bankı, $215 mln. – Çexiyanın “Exinbank”, qalanı – Azərbaycan hökumətinin payıdır.
“Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsi dəmir yolunun Bakı-Böyük Kəsik hissəsində yenidənqurma, dəmir yolunun müxtəlif hissələrinin əsaslı təmirini, Böyüek Kəsik istiqamətində daimi tokdan dəyişənə keçidi, 50 yeni lokomotivin alınmasını nəzərdə tutur. Layihə dəmir yol qatarlarının sürətinin artmasını nəzərdə tutur.
Layihə həmçinin dəmir yolunda xidmətlərin təkmilləşdirilməsini, rəqabətliliyin, əməliyyat və iqtisadi səmərəliliyin təmin edilməsini, “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə imkanlarının genişlənməsini nəzərdə tutur.