Bakıda "Bank of Baku"nun Həzi Aslanov filialı fəaliyyətə başlayıb. Bu barədə bankdan məlumat verilib.
Bu bankın 20-ci, həmçinin Bakıda 14-cü filialıdır. Filial müştərilərə bank məhsulları və xidmətlərinin bütün spektrini təqdim edir. O cümlədən, hesab, depozit açılışı, istehlak, pul və biznes-kreditlərin verilməsi, communal xidmətlərin, mobil rabitə ödənişi, təcili pul köçürmələri, plastic kartların sifarişi və verilməsi, valyuta mübadiləsi və digər xidmətlər.
“Bank of Baku” 1994-cü ildə yaradılıb. “Bank of Baku” və “İlkbank” 2004-cü ilin II yarısında başlanmış birləşmə prosesini 2005-ci ilin fevralında yekunlaşdırıb. Birləşmənin nəticəsi olaraq "Bank of Baku Kommersiya Bankı" ASC yaradılıb.