2013-cü il yanvar ayında Azərbaycanda qızıl hasilatı 103,7 kq təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 21,4% aşağıdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar ayında Azərbaycanda 46,4 kq gümüş hasil edilib (azalma 65,3%).
Hasil edilmiş qızıl və gümüş emala verilib.
Azərbaycan hökuməti 2013-cü ildə qızıl filizi və konsentrat istehsalını 1 810,7 kq səviyyəsində proqnozlaşdırıb.
2012-ci ildə Azərbaycanda qızıl hasilatı 1 562,8 kq, gümüşün - 625,8 kq təşkil edib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış Production Sharing Agreement tipli layihə əsasında Gədəbəy yatağından qızıl və gümüş hasilatı həyata keçirilir.Müqavilə biri Naxçıvanda, ikisi Gədəbəydə, üçü Kəlbəcər və Zəngilanda ( Ermənistan işğalında olan Azərbaycan rayonları) olmaqla 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC şirkətinin payı 49% təşkil edir.
Gədəbəy yatağından qızıl hasilatına 2009-cu, gümüş hasilatına 2010-cu ildə başlanılıb.
Müqaviləyə əsasən, ümumilikdə bu 6 yataqdan 400 ton qızıl, 2,5 ton gümüş və 1,5 min ton mis çıxarılması planlaşdırılır.