“Azərsu” çərşənbə axşamı Bakının Səbail və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər qoyub. Bu barədə ASC-dən məlumat verilib.
M.Müşfiq küçəsində yeni çəkilən magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 19-20 fevral tarixlərində Bakı şəhəri Səbail rayonunun Badamdar və Bayıl qəsəbələrinin bəzi yerlərinə, eləcə də Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.