Azərbaycan 21 il əvvəl fevralın 26-da törədilmiş Xocalı soyqrımının müqəssirlərinin cinayət məsuliyyətinə cəlb edilməsinə çalışacaq.XİN-in mətbuat katibi E.Abdullayev çərşənbə axşamı brifinqdə belə məlumat verib.
“Xocalı soyqrımını tanıyan ölkələrin coğrafiyası genişlənməkdədir.Heç kim şübhə etməməlidir ki, soyqrımı tanıyan ölkələrin sayı artacaq. İnsanlığa qarşı yönəlmiş bu ağır cinayəti törədənlər qanun qarşısında cavab verəcəklər”,- deyə E.Abdullayev qedy edib.
Onun sözlərinə görə, bu məsələ Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
“Hadisəyə beynəlxalq birlik tərəfindən siyasi və hüququ qiymət verilməsi Azərbaycan xalqı ilə həmrəyliyin və bizə olan hırmətin nümayiş etdirilməsi deməkdir”,- deyə diplomat qeyd edib
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.