2012-ci ildə Azərbaycanda orta aylıq nominal əmək haqqı 396 manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 8,7 % çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistikanın məlumatlarına görə, orta aylıq əmək haqqı neft sektorunda işləyənlərdə 1 413,8 manat, qeyri-neft sahəsində işləyənlərdə 367,9 manat, dövlət sektorunda işləyənlərdə 332 manat, özəl sektorda işləyənlərdə 496,3 manat təşkil edir.
Şirkətlərdə və müxtəlif təşkilatlarda ştatdankənar əsasda çalışan şəxslərin orta aylıq əmək haqqı 222,1 manat, mülki-hüquqi müqavilələr əsasında işləyənlərin əmək haqqı isə 373,3 manat təşkil edir.
2013-cü ilin əvvəlinə respublikada 37,3 min nəfər işsiz statusuna malikdir ki, bunun da 41,9%-ni qadınlar təşkil edir.
İşsizlik müavinətinin orta məbləği 252,3 manat təşkil edib.