Azərbaycanın görkəmli ictimai- siyasi xadimi Nəriman Nərimanovun Memorial muzeyə gələn qonaqların diqqətinə maraqlı tarixi faktlar çatdırır.Bu barədə Bakı Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Təqdim edilən materiallar-bir sıra vacib sənədlərin surətidir.Bu sənədlər Dövlət mükafatı laureatı , əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Cəmil Quliyev tərəfindən AMEA Füzuli adına Əlyazmalar İnstitutuna təqdim edilib.
C.Quliyevin yaradıcılığında Azərbaycan tarixində iz buraxmış görkəmli şəxsiyyətlərin, siyasi və ictimai xadimlərin həyat və yaradıcılığının öyrənilməsi əsas istiqaməti təşkil edir. Bu araşdırmalara arasında N.Nərimanova həsr edilmiş təqdiqatlar xüsusi yer tutur.
Professor C.Quliyevin N.Nərimanov haqqındakı elmi məqalələri 1956-1957-ci illərdə çap edilib.N.Nərimanovun zəngin arxivi C.Quliyev tərəfindən Əlyazmalar İnstitutuna verilib və orada “Nəriman Nərimanov fondu” yaradılıb.