Ermənistan polis əməkdaşları prezident seçkilərinin yekunları üzrə ikinci yer tutan keçmiş xarici işlər naziri, bu ölkənin "İrs" partiyasının rəhbəri Raffi Ovanesyanın yaşadığı evin qarşısında növbətçilik edirlər.
“İnterfaks”a polisin mətbuat xidmətindn verilən məlumata görə, Raffi Ovanesyan şəxsən müvafiq xahiş ilə Ermənistanın polis rəisi Vladimir Qasparyana müraciət edib.
“Polis rəisinin qərarına əsasən, R.Ovanesyanın yaşadığı evin qarşısında polis bölməgecə-gündüzlü növbəsi təşkil olunub”, - deyə mətbuat xidmətindən qeyd ediblər.
Polisdən həmçinin məlumat verilib ki, səsvemə günü Ermənistanın prezidentliyinə bir neçə namizədlərin müvəkkil şəxslərə qarşı zorakılıq tətbiq edilməsi haqqında məlumatlar daxil olub. “Qanuna uyğun olaraq zəruri tədbirlər həyata keçirilir. Məlumat yoxlanılır”, - deyə polisdə bildiriblər.
Ermənistan MSK məlumatına görə, fəaliyyətdə olan prezident Serj Sarqsyan seçkilərdə seçicilərin 58,64% səsini topyayıb. Onun əsas rəqibi keçmiş xarici işlər naziri, "İrs" partiyasının rəhbəri Raffi Ovanesyan səslərin 36,75%-ni topyayıb.