Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS İEC 62216-2013 "DVB-T sistemi üçün yerüstü rəqəmli televiziya qəbulediciləri" dövlət standartını təsdiq edib. Bu barədə idarənin məlumatında bildirilir.
Standart "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsi tərəfindən təqdim edilib.
Bu beynəlxalq standart DVB-T (yerüstü rəqəmli televiziya yayım standartı) sistemləri üçün SD və HD qəbuledicilərinin xüsusiyyətlərini müəyyənləşdirir.
Standartın tətbiq vaxtı 1 mart 2013-cü il müəyyən edilib.