Bir gün əvvəl Brüsseldə Rusiya XİN başçısı S.Lavrov, Aİ-nin yüksək səviyyəli nümayəndələrinin və Ketrin Eştonun görüşündə Aİ Rusiyaya Malidə hərbi məşq missiyasında iştirtak etməyi təklif edib.Bu barədə çərşənbə günü “Kommersant” qəzeti məlumat yayıb.
“Xanım Eşton, rusiyalı həmkarından Rusiyanın Malidə yerli hökumət qoşunlarının islahatına və hüquq mühafizə orqanlarının hazırlığına kömək edəcək hərbi məşq missiyasında iştirak etmək istəyib-istəməməsi barədə soruşub”,- deyə qəzet əldə etdiyi məlumatlara istinadən yazır.
Qəzet mənbəyinin verdiyi məlumata əsasən, RF XİN başçısı bu təklifdən imtina edərək, Maliyə bundan sonra da ikitərəfli əsasda yardım göstərməyə davam edəcəklərini vəd edib.
“Kommersant” qəzetinin müsahibi bildirib ki, S.Lavrovun K. Eştonun təklifini qəbul etməməsinə səbəb Rusiya və Aİ arasında bu cür münasibətlər üçün hüquqi bazanın mövcud olmamasıdır.
“Bu arada qeyd etmək lazımdır ki, hələ 2008-ci ildə Moskva və Brüssel belə bir müqavilə bağlamaq barədə razılığa gəlsələrdə, buna dair işlərin gedişində ciddi fikir ayrılığı əmələ gəldi”,-deyə qəzet yazır.
Rusiya tərəfi israr edir ki. saziş hüquq bərabərliyi prinsipinə əsaslanmalıdır, yəni RF Aİ-nin sülhməramlı əməliyyatlarında iştirak etməlidir və eyni zamanda Aİ-nin Rusiyanın keçirdiyi əməliyyatlara qoşulması üçün hüquqi baza yaradılmalıdır.
“Hər iki halda bu əməkdaşlıq könüllü xarakter daşımalıdir.Rusiyanın Aİ-nin keçirdiyi sülhməramlı əməliyyatlarda (Çad və Mərkəzi Afrika Respublikası) iştirak təcrübəsi var”,- deyə qəzet xatırladır.
Lakin bu çür yanaşma Brüsseli qane etmir.”Kommersant” qəzetinin müsahibinin bildirdiyinə görə, Aİ Rusiya ilə Moskvanın rəhbərliyi altında sülhməramlı əməliyyatlarda iştiraka dair müqavilə bağlaya bilməz, “çünki bu hüquqi cəhətdən mümkün deyil”.
“Brüsselin bu cür qərarlar qəbul etmək səlahiyyəti yoxdur, həmçinin bu cür qərarı rəsmiləşdirmək üçün hüquqi çərçivə də mövcud deyil.Onun sözlərinə görə Brüssel Moskva ilə Rusiyanın Aİ-nin rəhbərliyi altında əməliyyatlarda iştirakına dair müqavilə imzalamağa şad olardı.
Moskva Aİ-nin səlahiyyətlərin olmamasına dair dəlilləri əsassız hesab edir. “Biz güman edirik ki, məsələ siyasi iradənin olmamasındadır”,- deyə “Kommersant” qəzetinin müsahibi izah edib.
“Bu belə deyil. Aİ-nin heç bir ölkə ilə bu cür sazişi yoxdur, hətta ABŞ ilə”,- deyə qəzetin avropalı müsahibi etiraz edib.Bu ziddiyətli məsələnin müzakirəsi mart ayında Moskvada Avropa Komissiyası və RF hökuməti arasında baş tutacaq görüşdə davam etdiriləcək.