Amerikanın Missuri ştatının Kanzas –siti şəhərində qaz partlaması nəticəsində yaranmış güclü yanğında 14 nəfər yaralanıb.Bu barədə Amerika KİV-i məlumat verir.
Qəza yerində uçqun altında qalanların axtarışları davam edir, bunun üçün xüsusi öyrədilmiş itlər işə cəlb edilib.
Polisin məlumatına əsasən, şəhərin ən dəbdəbəli və nüfuzlu rayonunda baş vermiş partlayışa avtomobilin qaz kəməri ilə toqquşması səbəb ola bilər.
Yanğınsöndürənlər artıq qonşu tikililəri də bürümüş alovla mübarizəni davam etdirirlər
Şəhər meri Twitter sosial şəbəkəsində bildirib ki, yanğınsöndürənlər vəziyyəti nəzarət altına ala biliblər və indi əsas vəzifə yeni partlayışların yaranmasının qarşısını almaqdır.