Dövlət Sosial Müdafiə Fondu 2013-cü il iyul ayından yaşa görə pensiyaların əlavə edilməsinin avtomatlaşdırılmış sistemini tətbiq etməyi planlaşdırır. Bu barədə DSMF sədri Səlim Müslümov çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
“2013-cü il fevralın 20-nə olan vəziyyətə görə, 2 mln. 351,538 min nəfər üçün fərdi sosial sığorta hesabları açılıb. Onların barəsində 2006-2011-ci illər ərzində sosial sığorta üçün ödənişlərin həcmi üzrə bütün məlumat bizin məlumat bazamıza daxildir (hazırda DSMF 2012-ci il ərzində sosial sığorta üşün ödənişlər üzrə hesabat qəbul edir – İF-Az). Bu gün pensiyaların təyinatının avtomatlaşdırılmasına dair bir problemimiz var – 2006-cı ilə qədər olan dövrə sığorta olunan şəxsin stajı barədə məlumat”, - deyə S.Müslümov bildirib.
Onun sözlərinə görə, 2013-cü il iyul ayından DSMF 1900 nömrəsi üzrə xüsusi “Call Center” yaradacaq. “Pensiyaya çıcaxaq şəxslər bu nömrəyə zəng edərək şəxsiyyət vəsiqəsinin məlumatlarını və 2006-cı il yanvarın 1-dək iş stajı barədə məlumat verməlidirlər. Telefonda operator dərhal vətəndaşa hansı məbləğdə pensiya təyin olunması barədə nməlumat verəcək. Bundan başqa, operator məlumat verəcək ki, hansı müddət ərzində vətəndaş DSMF-nin yerli agent bankının şöbəsində pensiya kartı əldə edə bilər”, - deyə o qeyd edib.
S.Müslümov hesab edir ki, pensiyaların təyinatının avtomatlaşdırılması prosesi məmur və vətəndaş arasında əlaqələri minimuma endirəcək, bununla da pensiyaların təyinatı zamanı korrupsiya və bürokratiyadan çəkinməyə imkan yaradacaq.
DSMF sədri əlavə edib ki, 2013-cü ilin ikinci yarısından fond hüquqi və fiziki şəxslərdən ya aylıq, ya da rüblük rejimdə hesabat almağa keçməyi planlaşdırır.