“Azərsu” Xırdalan şəhərinin su və kanalizasiya sitemlərinin müasirləşdiorilməsi üçün Səudiyyə İnkişaf Fondundan $35 mln kredit cəlb etməyi planlaşdırır.Bu barədə “Azərsu” ASC-nin məlumatında bildirilir.
“Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi üzrə Kredit Sazişi” layihəsinə dair Səudiyyə İnkişaf Fondu ilə danışıqlar aparılması məqsədi ilə fevralın 11-15-də “Azərsu” ASC sədrinin xarici sərmayələr üzrə müavini İlqar Tağıyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində işgüzar səfərdə olub. Kredit sazişinə əsasən bu layihənin maliyyələşdirilməsi üçün Səudiyyə İnkişaf Fondu Azərbaycan hökumətinə güzəştli şərtlərlə $35 mln.r kredit ayıracaq”,- deyə məlumatda bildirilir.
ASC-nin məlumatınna əsasən, Xırdalan şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2013-cü ilin ikinci yarısında başlanılacaq.
Layihə çərçivəsində Xırdalan şəhərində ümumi uzunluğu 159 km olan su şəbəkəsi yaradılacaq .Xırdalan şəhərinə içməli su Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən veriləcək. Buradan götürülən su hər birinin tutumu 20 min kubmetr olan 3 yeni anbara – “+82 Masazır”, “+120 Masazır” və “+118Abşeron” su anbarlarına ötürüləcək və anbarlardan magistral xətlər vasitəsilə şəhər şəbəkəsinə özüaxımlı rejimdə veriləcək.
Xırdalan şəhərində kanalizasiya şəbəkəsinin tikintisinə yeni kanalizasiya kollektoru istismara verildikdən sonra başlanılacaq.Gələcəkdə Xırdalan şəhərində toplanan çirkab suları hazırda Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən və sutkalıq məhsuldarlığı 200 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək.
Çirkab suların bu qurğuya özüaxımlı rejimdə ötürülməsini təmin etmək üçün Xırdalan şəhərindən Xocasən qəsəbəsinədək 7 km uzunluğunda tunel tipli kollektor tikilməsinə başlanmışdır. Tikinti işlərinin 2014-cü ilin sonunda başa çatacağı nəzərdə tutulur. Laayihənin icrası tam başa çatdıqdan sonra Xırdalan şəhərində 100 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.
Çirkab suların bu qurğuya özüaxımlı rejimdə ötürülməsini təmin etmək üçün Xırdalan şəhərindən Xocasən qəsəbəsinədək 7 km uzunluğunda tunel tipli kollektor tikilməsinə başlanılıb
“Tikinti işlərinin 2014-cü ilin sonunda başa çatacağı nəzərdə tutulur. Laayihənin icrası tam başa çatdıqdan sonra Xırdalan şəhərində 100 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq”,- deyə məlumatda əlavə edilir.