Pakistanda, Yəməndə və dünyanın başqa ölkələrində ümumilikdə 4,7 min nəfər insan Amerika Pilotsuz Uşuş Aparatlarının (PUA) qurbanı olub.Respublikaçı senator Lindsey Qrexem belə bəyan edib.
“Biz 4,7 min nəfəri öldürmüşük”,- deyə yerli KİV-lər senatorun Cənubi Karolina ştatının kiçik İsley şəhərinin klubundakı çıxışına istinadən bildirib.
O etiraf edib:”Bəzən günahsiz insanlar zərbə altında qalır, bu mənim xoşuma gəlmir, lakin bu müharibədir, və biz “Əl-Qaidə”nin bir sıra cov vacib nümayəndələrini məhv etrmişik”
Bununla yanaşı, məlumatda bildirilir ki, senatorun bu rəqəmləri Hökumətin məlumatlarılna,yoxsa öz qiymətləndirməsinə əsasən söylədiyi aydın olmayıb.
L.Qrexem ABŞ konqresində bu metodun tənqid edilməsinə baxmayaraq pilotsuz aparatlartın terror təşkilatlarının döyüşçülərinə qarşı istifadəsinə tərəfdar olması ilə tanınır.
“Bu elə bir silahdır ki, ondan istifadə etmək lazımdır.Bu taktiki silahdır”,-deyə senator qeyd edib.
2004-cü ildən terrorçulara qarşı mübarizədə fəal istifadə edilən Amerika pilotsuz uçuş aparatlarının qurbanlarının sayı barədə məlumat ilk dəfədir ki, Amerikanın rəsmi nümayəndəsinin dilindən səslənir, administrasiya təbii ki bu barədə açıqlama vermək istəmir.
Jurnalist ararşdırmalarının nəticəsinə əsasən, 2004-cü ildən PUA zərbələri nəticəsində təkcə Pakistanda 2,6 mindən 3,4 minə qədər insan həlak olub, onlardın arasında 470-dən 900 -ə qədər insan dinc əhali və ya mülki şəxslərdir.