“Aqrolizinq” ASC iri buynuzlu qaramal almaq, eləcə də onların sığortalanması üzrə xidmətləri təmin etmək üçün sorğu metodu ilə podratçı seçir.Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Elana əsasən, təkliflərin sorğusu dörd lot üzrə keçiriləcək.
Lot 1- südlük iri buynuzlu cins qaramalın satın alınmasını nəzərdə tutur. İştirak üçün dövlət rüsumu 800 manat təşkil edir.
Lot 2- ətlik iri buynyzlu cins qaramalın alınmasını nəzərdəı tutur, dövlət rüsumu 800 manat təşkil edir.
Lot 3- ətlik iri buynuzlu cin qaramalın satın alınmasını nəzərdə tutur, iştirak üçün dövlət rüsumu 800 manatdır.
Lot 4- satın alınan iri buynuzlu qaramalın sığortalanmasını nəzərdə tutur. İştirak haqqı 200 manat təşkil edir.
Qalibin seçilməsində aşağıdakı meyarlar nəzərə alınacaq; aşağı qiymət, mövcud standartlara uyğunluq, keyfiyyətə və müqavilənin yerinə yetirilməsi müddətinə zəmanət.
Təkliflər martın 7-nə qədər qəbul ediləcək, qiymətləndirmə proseduru martın 11-də olacaq.
“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.