Seçilən prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistanın hakim partiyası İrəvanın mərkəzində Azadlıq meydanında mitinq keçirmək istəmir.
“Bu qərar mümkün təxribat və toqquşmalardan baş verməməsi məqsədilə qəbul edilir”, - deyə Ermənistanın hakim Respublika Partiyası sədrinin müavini Armen Aşotyan cümə axşamı jurnalistlərə bəyan edib.
Onun sözlərinə görə, bununla əlaqədar partiya yəqin ki, Azadlıq meydanında mitinqin keçirilməsindən imtina edəcək. Burada ötən çərşənbə günü müxalifət gecə-gündüz etiraz aksiyası elan edib.
“Baxmayaraq ki, Azadlıq meydanında mitinqin keçirilməsi bizə qanunla icazə verilib və meriya bu barədə məlumatlandırılıb, lakin həmkarlarımızın dünənki bəyanatı, onların mövqeyi qanuni hüququmuzdam imtina etməyə vadar edir”, - deyə A.Aşotyan bildirib.