Prezident seçkilərində ikinci yeri tutmuş “İrs” müxalifət partiyasının lideri Raffi Ovannisyan polislə söhbətdən sonra tərəfdarlarından ərazini tərk etməyi xahiş edib və prezident Serj Sarqsyanla görüşə gedib.
İrəvanın mərkəzində R.Ovannisyanın tərəfdarlarının mitinq keçirdiyi “Azadlıq” meydanında yüksək vəzifəli polis məmurları partiya liderinə yaxınlaşaraq, aksiyanın qanunsuz olduğunu bildiriblər.
Onlar R.Ovannisyana bildiriblər ki, o ictimai asayişi pozur və buna görə polis onu inzibati məsuliyyətə cəlb etmək məcburiyyətində qalacaq.
Bununla əlaqədar R.Ovannisyan toplaşanlar qarşısında çıxış etmək üçün 5 dəqiqə vaxt istəyib və bundan sonra oranı tərk etməyə razılıq verib.
Hazırda polisin bildiridiyinə görə meydanda təminən 600 nəfər müxalifətçi qalmaqdadır.Prezidentin iqamətgahı polis dəstələri tərəfindən gücləndirilmiş rejimdə qorunur.
“İrs” partiyasının nümayəndələri tərəfdarlarını polisin tələbinə əməl etməyə və ictimai asayişi pozmamağa çağırıblar.