Venesuela prezidenti Uqo Çavesin əməliyyatdan sonra səhhətində yaranmış ağciyər infeksiyasının müalicəsi müsbət nəticə vermir.Bu barədə dövlət başçısının səhhəti barədə hökumətin yaydığı rəsmi məlumatda bildirilir.
“ Əməliyyatdan sonra yaranmış nəfəs çtışmazlığı ilə bağlı əlverişsiz tendensiya qalmaqdadır, o müalicəsini davam etdirir”,- deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, bazar ertəsi Kubada iki aylıq müalicədən sonra vətənə qayıdan Uqo Çaves hələ ki ictimaiyyət qarşısına çıxmayıb.
Venesuela hökuməti nümayəndələrinin bildirdiyinə görə, prezident danışmaqda çətinlik çəkir, çünki əməliyyatdan sonra o hələ də traxeal boru vasitəsi ilə nəfəs alır.
U.Caves 2012-ci ildə yenidən Venesuela prezidenti seçilib.Lakin dekabr ayında o üçüncü onkoloji əməliyyatını leçirmək üçün Kubaya getməyə məcbur oldu.