Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti yaxınlığında, Ağdamın Çəmənli kəndində azan səslənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri “Qarabağa doğru - Haqqın və haqqımızın səsi” kampaniyası çərçivəsində keçirilən tədbirdən xəbər verir.
“Qarabağa doğru - Haqqın və haqqımızın səsi” kampaniyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin ilə birlikdə təşkilatçılığı ilə həyata keçirilir.
Mərasimə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İsgəndərov, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, cəbhəyanı Ağdam, Şuşa, Bərdə rayonlarının icra başçıları və ictimaiyyət nümayəndələri qatılıblar.
Tədbirdə çıxış edən E.İsgəndərov qedy edib ki, tədbir Xocalı soyqrımının ildönümü ərəfəsində keçirilir.
“Bu gün azərbaycanılıar və ədaləti dəstəkləyən insanlar Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışırlar”,- deyə E.İsgəndərov bildirib.
“Biz Azərbaycana gələn, qoşunların təmas xəttinin araxasına keçib atəşkəs rejiminə əməl edilməsini müşahidə edən və münaqişə tərəfləri ilə görüşlər aparan beynəlxalq təşkilatlartın nümayəndələrini görürük, onlar bununla öz missiyalarını başa çatmış hesab edirlər. Haqq səsimizin dünya ictimaiyyətinə bu cür çatdırılması bizə lazım deyil”,- deyə o əlavə edib.