Milli Məclis cümə günü penar iclasda müvafiq icra hakimiyyəti orqanları tərəfindən dərman preparatlarının nəzarət qoloqramması ilə markalanmasını nəzərdə tutan “Dərman preparatları haqqında” qanuna əlavə və dəyişiklikləri qəbul edib.
“Bu tədbirlər dərman preparatlarının istehsalçılarının hüquqlarının qorunmasına yönəlib, o cümlədən dövriyyədə olan dərmanların təhlükəsizliyi və keyfiyyətinə nəzarətə xidmət edəcək”, - deyə parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib.
Bundan başqa, Azərbaycan parlamenti özəl tibb subyektlərinin reklam fəaliyyətini məhdudlaşdıran “Reklam haqqında” qanuna dəyişiklikləri qəbul edib.
“Özəl tibb klinikalarının reklamının və özəl qaydada praktika ilə məşğul olan fiziki şəxslərin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən qərar əsasında xüsusi qeyd edilən qaydada həyata keçirilməlidir”, - deyə H.Rəcəbli qeyd edib.
Bu gün Milli Məclis cümə günü plenar iclasda müvafiq lisenziya olmadan tibbi və əczaçılıq xidmətlərinin göstərilməsinə görə cərimə sanksiyalarının artırılmasını nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinə düzəlişləri təsdiq edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, qanunsuz tibbi xidmətlərə görə sanksiyaların sərtləşdirilməsi əhalinin sağlamlığının təminatına yönəlib.
Milli Məclisin spikeri Oqtay Əsədov çıxış edərək komitə sədrini dəstəkləyib. O qeyd edib ki, hər səhər yerli telekanallarda özəl tibb müəssisələrinin reklamı ilə başlayır. Onlardan əksəriyyəti müvafiq lisenziyasız fəaliyyət göstərir.
“Hər səhər özəl tibb müəssisələri və xarici həkimlərin reklamıni görürük. Məsələn, Almaniyada 60 yaşdan yuxarı cərrahları əməliyyatlara buraxmırlar. Bizdə isə onlar geniş reklam olunurlar. Hesab edirəm ki, bağlanan və ya lisenziyası bitən bir sıra xarici klinikaların həkimləri Azərbaycana gəlirlər”, - deyə parlamentin sədri qeyd edib.
Düzəlişlərə əsasən, fizk şəxslər üçün qanunsuz tibbi və ya əczaçılıq xidmətləri göstərməyə görə cərimələr 2 mindən 3 min manatadək, vəzifəli şəxslər üçün – 5 mindən 10 min manatadək, hüquqi şəxslər üçün – 20 mindən 30 min manatadək müəyyən edilib.
Öncə müvafiq lisenziya olmadan tibbi və ya əczaçılıq xidmətlərinin göstərilməsinə görə cərimə 300-dən 500 manatadək təşkil edib.