“Hər evə optika” layihəsinin reallaşdırılması Bakı şəhərində genişzolaqlı internetin (ADSL) sürətini 2015-ci ilə qədər və sonrakı dövrdə 30-100 mb/s-yə qədər çatdırılmasına imkan verəcək. Bu barədə rabitə və informasiya texnologiyalarının nazirinin müavini İltimas Məmmədov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bəyan edib.
“Layihədə eyni zamanda 2015-ci ilə qədər və sonrakı dövrdə Bakı şəhərində 30-100 mb/s və daha çox, digər iri şəhərlər və rayon mərkəzlərində 10-30 mb/s və daha çox, qəsəbə və kənd yerlərində 5-10 mb/s və daha çox sürətli genişzolaqlı internetlə təmin ediləcəyi, layihənin həyata keçirilməsi, o cümlədən maliyyələşdirilməsi üçün müvafiq islahatların aparılması nəzərdə tutulur”, - deyə İ.Məmmədov bildirib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda “Hər evə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlayıb və bu layihəyə 103 mln. manat vəsait ayrılıb. Layihə 3 il müddətində həyata keçiriləcək və yüksək rentabellidir 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcək. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85%-ə çatdırmaqdır,