Azərbaycanın Yardımlı rayonunda 2012-ci ildə ümumi məhsul istehsalının həcmi 77,6 mln. manat təşkil edib, bu isə 2011-ci il ərzində göstəricini 19% ötür. Bu barədə rayonun İcra başçısı Sevindik Hətəmov regionun sosial-iqtisadi inkişafına dair iclasda məlumat verib.
O qeyd edib ki, adambaşı məhsulların istehsalı 2003-cü il ilə müqayisədə 3,4 dəfə artıb və 1262 manata çatıb.
“Rayonda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilib. Belə ki, 2012-ci ildə sahibkarlıq fəaliyyəti ilə mə.ğul olan 139 fiziki şəxs qeydiyyata alınıb”, - deyə S.Hətəmov bildirib.
2003-dən 2012-ci ilə qədər Yardımlı rayonunda 3,842 yeni işl yeri yaradılıb, inlardan 2686 – daimidir.
“Yardımlı rayonunun iqtisadiyyatının əsasını heyvandarlıq təşkil edir. Ötən il ərzində iri buynuzlu heyvanın sayı 27 min 833 başa, kiçik buynuzlu heyvanın 79 min 958 başa çatıb”, - deyə İH başçısı bildirib.
2012-ci ilin payızında 3 min 240 hekrat sahədə payızlıq taxıl bitkiləri əkilib.
O cümlədən, ötən il ərzində Gendərə, Kürəkçi, Şəfəqli kəndlərində yeni məktəb binaları inşa edilib, Çay Üzü kəndində uşq bağçası istifadəyə verilib. Alçabulaq, Avaş, Ostayır, Zevin, Anzov, Zəngələ kəndlərində təmir işləri davam edir.
Yeni Azırbaycan Partiyasının inzibati binasının, polis və vergi departamentlərinin tikintisi, Şəhidlər Xiyabanının yenidən qurulması üzrə təmir işləri başa çatmaq üzrədir.