Tayvanlı rejissor Enq Li “Pinin həyatı” filminə görə “Ən yaxşı rejissor kimi “Oskar” alıb.
Bu il onun rəqibləri Stiven Spilberq (“Linkoln”), Devid O.Rassel (“Mənim sevgidim oğlan – dəlidir”), Mixael Xaneke (“Məhəbbət”) və Ben Zaytlin (“Vəhşi cənubun heyvanları”) olub.
Bu Enq Linin əldə etdiyi üçüncü “Oskar”dır. İlk dəfə bu heykəli o 2001-ci ildə “Gizlincə yaxınlaşan pələng, gizlənən əjdaha” filminə görə “Xarici dildə ən yaxşı film” nominasiyasında və 2006-cı ildə “Ən yaxşı film” nominasiyasında “Qozbel dağ” filminə görə alıb.
Kventin Tarantino “Ən orijinal ssenari” nominasiyasında “Azad edilən Canqo” filminə ssenariyə görə alıb. Heykələ görə həmçinin “Məhəbbət”, “Dolğun ay krallığı”, “Bir nömrəli nişan” və “Ekipaj” filmləri mübarizə aparıb.
Bu, Amerika Kino Akademiyasının Tarantinoya təqdim etdiyi ikinci mükafatdır. İlk dəfə o 1995-ci ildə "Kriminal əsər" filminin ssenarisinə görə təltif edilib.