Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar ayında dövlət büdcəsinə 89 mln. 542 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 15,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Yanvar ayında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 66 mln. 890,2 min manat, aksizlər üzrə 3 mln. 531,6 min manat, yol vergisi üzrə 1 mln. 235,1 min manat təşkil edib.
Bundan başqa, hesabat ayında gömrük rüsumları üzrə köçürmələr 17 mln. 885,1 min manat məbləğində olub.
Xəbər verildiyi kimi, 2013-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1,38 mlrd. manat həcmində proqnozlaşdırılır.