2013-cü il aprelin 12-də Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunlarının beynəlxalq toplantısı keçiriləcək. Bu barədə bazar ertəsi Bakıda jurnalistlərə İTAR-TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov məlumat verib.
“Bir çox ölkələrdən müxtəlif illərdə MDBMİ-nin məzunu olmuş şəxslər Bakıya gələcəklər. Görüşdə, həmçinin bu ali məktəbin məzunu olan Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını gözləyirik”, - deyə S.Mixaylov söyləyib və qeyd edib ki, o özü də MDBMİ məzunu kimi görüşə gələcək.
O deyib ki, bu məsələ MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclası çərçivəsində bazar ertəsi Azərbaycan Prezidenti ilə görüşün gedişində də müzakirə edilib.