Azərbaycan Xocalı soyqrımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün səylərini davam etdirəcək, baxmayaraq ki, bu faciəni törədənlər hələ də layiq olduqları cəzanı çəkməyiblər.Hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı belə söyləyib.
“Dinc azərbaycanlılara qarşı bu dəhşətli cinayəti törədənlərin adları bizə məlumdur. Bəs nə üçün onlar layiq olduqları cəzanı bu günə qədər çəkməyiblər ?- sualı isə cavabsız qalmaqdadır.”,- deyə o bazar ertəsi Xocalı soyqrımının 21-ci ildönümünə həsr olunmuş tədbirdə söyləyib.
Parlamentarinin sözlərinə görə dünya birliyi Ermənistan- Azərbaycan münaqişəsinə,o cümlədən 21 il əvəl baş vermişl Xocvalı faciəsinə ikili standartlar mövqedyindən yanamanı davam etdirir.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan Xocalı hadisələrinin dünya birliyi tərəfindən soyqrım kimi tanınması yolunda müəyyən addımlar atır.Bu siyasətin nəticəsi olaraq bu gün Xocalı soyqrımı Meksika, Pakistan. Kolumbiya, Çexiya, ABŞ-ın bir neçə ştatının parlamentləri tərəfindən rəsmən tanınıb.
O 1992-ci ilin fevralında Xocalının dinc sakinlərini kütləvi şəkildə qətliam edənlərin layiq olduqları cəzanı alacaqlarına əmin olduğunu ifadə edərək ölkə gənclərini bu soyqrımın tanınması üçün aparılan təbliğat işində daha fəal iştirak etməyə çağırıb.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev xatırladıb ki, bu gün Ermənistan hakimiyyətinin sükanı arxasında dayanan Serj Sarksyan Xocalının dinc sakinlərinin qətliamında şəxsən iştirak etdiyini dəfələrlə və fəxrlə bəyan edib.
“S.Sarksyan ermənilərin azərbaycanlılara dərs verməli olduqlarını və Azərbaycanın dinc əhalisini məhv etməyə qadir olduqlarını göstərmələrinin vacibliyini dəfələrlə bəyan edib .Lakin, dünya birliyi bu sözlərə hec bir vəchlə reaksiya göstərmədi.Biz mülki əhaliyə qarşı törətdikləri cinayətə görə bir sıra Avropa dövlətlərinin liderlərinin Haaqa tribunalına cəlb olunmalarını və calanadırılmalarını yaxşı xatırlayırırq.Bəs nə üçün azərbaycanıllara qarşı törədilmiş cinayətlərdən söhbət gedəndə dünya susur?”,- deyə parlamentari sual edib.
“Terrorçuluq Ermənistanda dövlət səviyyəsində dəstəklənir, faşizm və separatçılıq təbliğ edilir.Məhz Ermənistanda keçirilən seçkilərin demokratik seçkilər kimi tanınması soyqrıma yol açır.Bu gün faşizmin qarşısının alınması vaxtı gəlib çatıb”,- deyə B.Əliyev vurğulayıb.
Tədbirin sonunda YAP Gənclər Birliyinin üzvləri Bakının mərkəzində Xocalı soyqrımına həsr edilmiş fleşmob keçiriblər.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.