Ötən hədtə ərzində yol-nəqliyyat hadisələri nəticəsində 20-dən artıq şəxs həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DİN-dən məlumat verilib.
Ümumilikdə, həftə ərzində yollarda 34 yol-nəqliyyat hadisə baş verib, nəticədə 21 nəfər həlak olub, 52 nəfər bədən xəsarətləri alıblar.
Ən iri yol qəzası Ucar rayonunda baş verib. Burada yük müşınının "Nissan" markalı minik avtomobili ilə toqquşması nəticəsində dörd nəfər həlak olub.
Bundan başqa, Şəmkir rayonunda “Mercedes” digər avtomobil ilə toqquşmadan sonra çaya düşüb, nəticədə üç nəfər həlak olub.
Beyləqan rayonunda "ВАЗ 2106" и "Mercedes” toqquşub, nəticədə iki nəfər həlak olub.