Bazar ertəsinə keçən gecə Bakıda “KamAZ”la “VAZ-2107” markalı minik maşının toqquşması nəticəsində minik maşınında olan sərnişin və sürücü həlak olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xətai rayon polis bölməsindən məlumat verilib.
Məlumata əsasən, avtomobilin digər iki sərnişini ciddi xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı istintaq aparılır.