Qazaxıstan alimləri AMEA Geologiya İnstitutunda yüksək ixtisas kursu keçmək niyyətindədirlər.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə institutdan məlumat verilib.
Qazaxıstanın Aktau şəhərində yerləşən S. Esenov adına Kaspi DövlətUniversitetinin bir qrup gənc alimi Bakıya gəlib.
5 ay davam edəcək kursda qazax alimləri neft və neft geologiyası, quyuların qazılması və yataqların istismar edilməsi sahələri üzrə yüksək ixtisas bilikləri əldə edəcəklər.Kurslar Qazaxıstanın “Bolaşaq” Prezident Fondu tərəfindən maliyyələşdiriləcək.
Qazaxıstanlı gənc geoloqlar Azərbaycan geoloqlarının kəşfiyyat və araşdırma işlərində iştirak edəcəklər.
Eləcə də, AMEA Geologiya İnstitutunun alimləri Cənubi Qafqazın geologiyası birgə elmi layihəsinin nəticələrini Tbilisidə keçirilən konfransda təqdim ediblər.
Ötən həftə Tbilisidə Nodia adına Geofizika İnstitunda keçirilən görüşdə Kiçik Qafqazın Azərbaycan hissəsində aparılan geodinamika sahəsində araşdırmaların nəticələri layihə iştirakçılarının diqqətinə çatdırılıb.Görüşdə Geologiya İnstitutunun Petrologiya şöbəsinin rəhbəri, akademik Arif İsmayılzadə, Geotektonika və regional geologiya şöbəsinin rəhbəri Tələt Kələntərli, eləcə də Fransa və Gürcüstan alimləri iştirak edirdilər.
Alimlər paralel olaraq Rusiya, İran, Ukrayna və Türkiyə alimləri ilə birgə işlərin genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Bununla əlaqədar müvafiq tədbirlərin görülməsi üçün bir sıra qəraralar alınıb.
AMEA Geofizika İnstitutunun daha bir layihəsi Amerikanın Massaçuset ştatının Texnologiya İnstitu ilə kosmik təhqiqatlar sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan ərazisin geodinamikasının öyrənilməsinə həsr olunub.
Beləki, Azərbaycan geoloqları peyk vasitəsi ilə yeraltı deformasiya proseslərini və onların yaratdığı geoloji dəyişiklikləri öyrənmək imkanı əldə edirlər.Bu kosmik araşdırmalar göstərir ki, Böyük Qafqazın cənub yamaclarında , Qobustan, Kür vadisi və Naxçıvanda, eləcə də İranla həmsərhəd rayonlarda sıxılma prosesi gedir.Zəif deformasiya olunan zonalara Qobustanın şimal hissəsi, Quba-Xəzəryanı zona aid edilir.
Kosmik araşdırmalar AMEA-nın müxbir üzvü, Geodinamika və seysmologiya şöbəsinin rəhbəri , professor Fəxrəddin Qədirovun rhbərliyi altında aparılır.Hazırda şəbəkədə 36 GRS məntəqəsi, Bakı, Şəki və Neftçalada sistematik ölçmələr aparan 3 stansiya fəaliyyət göstərir.
Aparılan müşahidələr təbiət hadisələrinin və təbii fəlakətlərin qabaqcadan müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədi daşıyır.