Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Xocalı faciəsinə həsr olunmuş Respublika Sərgi-Müsabiqəsinə yekun vurur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Müsabiqədə iştirak üçün Rəssamlar İttifaqına çoxsaylı əsərlər təqdim edilib. Tədbir zamanı təsviri və dekorativ sənət əsərləri nümayiş olunub.
Müsabiqənin yekun sərgisi fevralın 25-də Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi salonunda keçiriləcək.