Azərbaycanda kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün hər cür şərait mövcuddur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçılarını qəbul edərkən bildirib. .
“Bu günə Azərbaycanda bütün KİV-lərin fəaliyyəti üçün hər cür şərait mövcuddur. Tam hərəkət, söz, ifadə, İnternet azadlığını nailiyyətlərdən biri hesab edirəm. Azad İnternetin mövcud olmasından başqa, o cümlədən Azərbaycan əhalisinin 70%-dən çoxunun İnternet istifadəçisi olması faktı sevindiricidir”, - deyə İ.Əliyev bildirib.
Prezidentin sözlərinə görə, ölkənin heç də bütün müstəqillik dövrü bu sahədə islahatlarla müşahidə olunmayıb. “Demək istərdim ki, müstəqilliyin ilk illərində Azərbaycanda senzura fəaliyyət göstərib. O prezident Heydər Əliyevin qərarı ilə ləğv edilib. Məhz bundan sonra, qeyd edərdim ki, KİV sahəsində əsaslı islahatlar baş verib”. – deyə o bildirib ki, bu gün respublikada yüzlərlə qəzet, onlarla informasiya agentliyi, telekanallar fəaliyyət göstərir.
Bununla yanaşı, İ.Əliyev təəssüflə qeyd edib ki, siyasi mülahizələri nəzərə alaraq məlumat bəzən təhrif edilir, bəzən isə birtərəfli verilir. O bildirib ki, bununla əlaqədar, insanlar yalnız etibarlı məlumata deyil, həm də onu əldə etmək üçün müxtəlif mənbələrə ehtiyac duyurlar.
Prezident MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının ibformasiya siyasətində dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə və informasiya təhlükəsizliyi problemlərinin həllinə xidmət edəcəyinə əminliyini ifadə edib. İ.Əliyev həmçinin vurğulayıb ki, bütün informasiya təhlükəsizliyi məsələləri bu gün enerji və ərzaq təhlükəsizliyi problemləri kimi aktualdır.