Azərbaycan Prezidenti İlham Əliyev və Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Kerali ölkəmizdə, eləcə də regionlarda DB ilə birgə həyata keçirilən layihələri müzakirə ediblər. Bu barədə rəsmi mətbuatın məlumatında deyilir.
Görüşdə Dünya Bankı ilə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb.
Dövlət başçısı informasiya-kommunikasiya texnologiyaları və eləcə də vətəndaşlara nümunəvi sosial xidmət göstərilməsi sahələrində ölkəmizdə görülən işlərin ardıcıl olaraq həyata keçiriləcəyini bildirib.
Azərbaycanın ilk süni peykinin orbitə buraxılması münasibətilə dövlət başçısını təbrik edən H.Kerali bunun ölkəmiz üçün çox böyük hadisə olduğunu vurğulayıb.
O, həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlamasını da yüksək qiymətləndirib.