Dəməşqin şimal-şərqindəki nəzarət-buraxılış məntəqəsində avtomobilə qoyulmuş partlayıcı maddənin partlaması nəticəsində Suriya ordusunun beş əsgəri həlak olub. Bu barədə çərşənbə axşamı Suriyanın Londonda yerləşən İnsan Hüquqları üzrə Müşahidə Şurası xəbər verib.
Bundan başqa, hüquq müdafiəçiləri bildiriblər ki, hökumət qoşunları və üsyançılar arasında toqquşmaların baş verdiyi Dəməşqin Kabun rayonunda dörd uşaq həlak olub.
BMT-nin insan hüquqları üzrə ali komissarı Navi Pillayın sözlərinə görə, Suriya böhranı qurbanlarının sayı 70 min nəfərə yaxınlaşır.