İqtisadi İnkişaf Nazirliyi 2012-ci ildə kommersiya təşkilatları tərəfindən lınmış 12 qrantı qeydiyyata alıb.Bu barədə nazirliyin məlumatında bildirilir.
Azərbaycan prezidentinin fərmanına əsasən, 2004-cü ildən İqtisadi İnkişaf Nazirliyi özəl kommersiya, hüquqi şəxslər tərəfindən alınan qrantların qedyiyyata alınması funksiyasını da yerinə yetirir.
“Ötən il nazirlik 8 kommersiya hüquqi şəxs tərəfindən qrantların alınmasını qeydə alıb”,- deyə məlumatda bildirilir.Onlar tərəfindən $436,285 min, 82,444 min manat və 134,753 min avro məbləğində vəsait əldə edilib”,- deyə məlumatda bildirilir.
Bu vəsaitlər atalar sözlərinin tərcümə edilməsi, mədəniyyət haqqında məlumatların toplanması ,lüğətlərin hazırlanması, uşaq inkişaf mərkəzlərinin yaradılması və avadanlıqla təmin edilməsi, heyvandarlıq sahəsi ilə məşğul olan fermerlərin gəlirlərinin artırılması, aztəminatlı ailələrə və məcburi köçkünlərə mikrokreditlərin verilməsi ilə bağlı layihələrin həyata keçilrilməsinə sərf edilib.
Xəbər verildiyi kimi, 2011-ci ildə İqtisadi İnkişaf Nazirliyi kommersiya hüquqi şəxslər tərəfindən alınmış $2,62 mln., 1,03 mln. manat və 14,64 min avro .məbləğində 29 qrantı qeydə alıb.