Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı bu ölkə parlamentinin yuxarı palatası - Kantonlar Şurasının sədri Filippo Lombardi ilə parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə edib. Bu barədə Azərbaycan XİN mətbuat xidməti məlumat verib.
Görüş zamanı parlament dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib. Ə.Zeynallı parlamentlərarası əlaqələrin daha da intensivləşməsinin vacibliyini vurğulayıb.