Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Kerali ilə Birgə İqtisadi Tədqiqatlar Proqramının təsdiq edilməsi məsələsini müzakirə ediblər. Bu barədə AMB-nin məlumatında deyilir.
Görüşdə, həmçinin Dünya Bankı və Azərbaycan arasında yaxın 2 il üçün əməkdaşlığın prioritetləri müzakirə edilib. Vurğulanıb ki, Dünya Bankı Azərbaycanda iqtisadi sabitliyin qorunub saxlanılması üçün həyata keçirilən tədbirləri bundan sonra da dəstəkləməyə hazırdır.