Naxçıvan Muxtar Respublikasında (MR) Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib.
Naxçıvan şəhərindəki Xatirə kompleksində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, hökumət və ictimaiyyət nümayəndələri soyqırım qurbanlarının abidəsi önünə gül dəstələri qoyub və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş dinc Xocalı sakinlərinin xatirəsini yad ediblər.
Qanlı Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım mərasimləri Naxçıvanın bütün rayon mərkəzlərində keçirilib.