Mədəniyyət və Turizm Nazirliyi "İlin kitabxanası" və "İlin kitabxanaçısı" müsabiqələrini elan edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Müsabiqələr "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində keçirilir.
Nazirlikdən bildirilib ki, müsabiqələrin əsasnamələri ilə www.azlibnet.az veb-saytının "Elanlar" bölməsinin "Müsabiqə-2013" yarımbölməsində tanış olmaq olar. Nəticələr cari ilin noyabr ayında məlum olacaq.