ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol Rusiya XİN başçısı S.Lavrovla Amerikanın yeni dövlət katibi Con Kerrinin Berlindəki ilk görüşnü müsbət qiymətləndirib.
“Yaxşı startdır!”,- deyə M.Makfol çərşənbə günü “Tvitter”də öz mikroblokunda yazıb.
S.Lavrovla C.Kerrinin Berlində görüşü çərşənbə axşamı baş tutub.
Daha əvvəl RF XİN başçısı ABŞ dövlət katibi ilə görüşün nəticələrindən razı qaldığını bildirmişdi.
“Məncə danışıqlar kanstruktiv oldu.Mən həmkarım C.Kerrinin aramızda fikir ayrılığına səbəb olan məsələləri nəzərə almaqla münasibətlərimizi tərəfdaşlıq macrasına yönəltmək arzusunu hiss etdim”,- deyə o jurnalistlərə açıqlamasında bildirib.Səfir yazıb ki, görüş iki saatdan artıq davam edib.
Səfir qedy edib ki, tərəflər iki saatdan artıq davam edən görüşdə Rusiya-Aamerika ikitərəfli münasibətlərinin bütün aspektlərini, eləcə də beynəlxalq aləmin gündəmində olan yaxın Şərq və Şimali Afrika məsələlərini müzakirə ediblər.