Yanvar ayında Azərbaycan sərhədçiləri tərəfindən ölkənin ərazi sularında saxlanılmış 3 iranlı balıqçı sərbəst buraxılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İran səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Ötən ay Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmış 3 iranlı balıqçı İran səfirliyinin səyləri nəticəsində buraxılıb. Onlar Astara sərhəd keçid məntəqəsində İran sərhədçilərinə təhvil veriliblər”, - deyə səfirlikdən bildirilib.
Balıqçılar ötən ay Xəzər dənizində fırtına səbəbindən Azərbaycanın sərhəd sularına daxil olmuş və azərbaycanlı sərhədçilər tərəfindən saxlanılmışdılar.