Azərbaycan Turkiyə İş Adamlari Birliyi (ATIB) fevralın 260da Ümumi iclasda İdarə Heyətinin tərkibində dəyişiklikləri təsdiq edib. Bu barədə ATİB-in məlumatında bildirilir.
Xüsusilə, İlham Alməmmədov və Rəsul Doğan əsas işdə məşğulluqla əlaqədar öz istəkləri ilə İdarə Heyətinin tərkibindən çıxıblar.
Bunun əvəzinə, ATİB İdarə Heyətinin tərkibinə “Paşa Həyat Sığorta” şirkətinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və "Pegasus (Aramex)" şirkətinin rəhbəri Aydın Məmmədov daxil ediliblər.
Ümumi iclasda həmçinin İdarə Heyətinin sədri Camal Yanğın tərəfindən təqdim edilən ATİB-in 2012-ci il ərzində fəaliyyəti haqqında hesabat təsdiq edilib. Bununla yanaşı, iclas iştirakçıları Təftiş komissiyasının üzvü Qorxmaz Ağayevin təqdim etdiyi ATİB-in 2012-ci il ərzində maliyyə hesabatını təsdiq ediblər.
Iclasin yekunları üzrə ATİB-in 2013-cü il ərzində büdcəsi təsdiq edilib.
ATİB 2004-cü ilin aprel ayında yaradılıb. Hazırda istehsalat, xidmət sahəsində, maliyyə sektorunda fəaliyyət göstərən 90-dan artıq şirkət birliyin üzvüdür.