Krım Muxtar Respubliksının Kurortlar və Turizm Nazirliyi azərbaycanlı turistləri cəlb etmək məqsədilə Azərbaycanda nümayəndəlik təşkil etmək üzrə işlərə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ukraynanın Bakıdakı səfirliyindən məlumat verilib.
Bu məqsədlə Krım kurort-turizm ofisi, o cümlədən Azərbaycan ərazisində və digər ölkələrdə Krım kurort-turizm ofisinin təşkili üçün məssisə müəyyən etməyə dair müsabiqə haqqında əsasnamə hazırlanıb.
Nümayəndəliklərin əsas məqsədi turizm regionu kimi Krımın rəqabətə davamlılığının qorunması və möhkəmləndirilməsi olacaq. Nümayəndəliklərin funksiyasına yerləşən ərazilərdə Krımın kurort-turizm potensialının şöhrətləndirilməsinə yönələn tədbirlərin keçirilməsi daxil olacaq.
Nümayəndəliklər müsabiqədə qalib olan müəssisələrin bazasında yaradılacaq. Həmin müəssisələrin rəhbərləri kurortlar və turizm nazirinin ştatdankənar müşavirləri tərəfindən təyin olunacaqlar. Bazası üzərində Krım ofisinin təşkil olunduğu müəssisə nazirlikdən asılı olamayaraq nizamnaməyə uyğun maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirən müstəqil təsərrüfatçılıq subyekti olaraq qalır. Kurort və turizmin inkişafı sahəsində Krım ofisi üzrəinə qoyulan funksiya və səlahiyyətlər əməkdaşlığa dair memorandum ilə müəyyən olunacaq.
Müsabiqədə mülkiyyət və təşkilati-hüquqi formadan asılı olmayaraq Azərbaycanın turoperatorları, turizm-informasiya mərkəzləri və turizm yönümlü ictimai təşkilatlar iştirak edə bilər. Müsabiqədə iştirak pulsuzdur.
İştirak etmək istəyənlər Ukraynanın Azərbaycandakı səfirliyinin saytından zəruri məlumat əldə edə bilərlər.