SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi cümə axşamı Sabunçu rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar olaraq saat 11:00-dan “Maştağa-kollektor” ölçü qovşağında təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.