Bakının mərkəzində Murtuza Muxtarov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri cümə axşamı hadisə yerindən məlumat verir.
İstintaqın ilkin variantına görə, alışma evin mənzillərinin birində qısa qapanma nəticəsində baş verib.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin dörd yanğınsöndürən qrupu çalışır. Güclü tüstülənməyə görə binanın neçə mərtəbəsinin alovla əhatə olunması aydın deyil. Hazırda zərərçəkənlər barədə məlumat daxil olmayıb.